Beyker Planı

1985-ci ildə ABŞ-ın Reyqan administrasiyasının xəzinə naziri Beyker tərəfindən üçüncü dünya ölkələrinin xarici borc probleminin həlli üçün təqdim olunan və həyata keçirilən plan. XX əsrin ikinci yarısından başlayaraq inkişaf etmiş kapitalist dövlətlərindən üçüncü dünya ölkələrinə böyük həcmdə xarici kredit axını son nəticədə həmin ölkələri ağır borc böhranına sürüklədi.
Beyin Axını
Beynəlxalq Bazar
OBASTAN VİKİ
Beyker-strit
Beyker-strit (ing. Baker Street) — inzibati dairə, Vestminster borosunda yerləşən, Merilebon məhələsinə aid Londonun ən məşhur küçələrindən biri. Küçə XVIII əsrdə onu salan inşaatçı Vilyam Beykerin şərəfinə adlandırılmışdır. Şotland yazıçısı Artur Konan Doylun yaratdığı xəfiyyə obrazı — Şerlok Holms Londonda Beyker-strit, 221B ünvanında yaşamışdır.
Beyker adası
Beyker adası – Amerika Birləşmiş Ştatlarının Sakit okeanda, ekvatordan bir qədər şimala, Honoluludan cənub – qərbə 3100 km məsafədə yerləşən qeyri-məskun adası. == Ədəbiyyat == Энциклопедия стран мира / Глав. ред. Н. А. Симония; редкол. В. Л. Макаров, А. Д. Некипелов, Е. М. Примаков; предисл. Н. А. Симонии; М.: ЗАО "Издательство «Экономика», 2004.
Beyker qaydaları
Beyker qaydaları — Dağlıq Qarabağ münaqişəsinin tərəflərinin kim olduğunu müəyyənləşdirən danışıqlar prosesi prinsipləri. Ermənistan və Azərbaycan Respublikası əsas tərəflər, Qarabağdakı erməni icması və Azərbaycan icması maraqlı tərəflər kimi müəyyən edilir. Beyker qaydaları Dağlıq Qarabağ münaqişəsinə son qoymaq üçün ATƏT-in vasitəçilik səyləri çərçivəsində ABŞ-nin baş danışıqçısı təyin olunan 61-ci ABŞ dövlət katibi III Ceyms Beykerin adını daşıyırdı. Danışıqlar zamanı münaqişə tərəflərinin necə təmsil olunacağına dair qaydalar Azərbaycan və Ermənistan xarici işlər nazirləri tərəfindən razılaşdırıldı. Yarandığı gündən bəri, Beyker qaydaları ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə aparılan danışıqlar prosesində əsas təməl olmuşdur.
Cülyen Beyker
Cülyen Rouz Beyker (29 sentyabr 1995, Memfis, Tennessi) — amerikalı müğənni-mahnı yazarı, multi-instrumentalist. O, Fibi Bricers və Lüsi Dakus ilə birlikdə yaratdığı Boygenius qrupunun üzvüdür. == Həyatı == Tennessi ştatının Memfis şəhərində anadan olub böyüyən Beyker, Tennessi Dövlət Universitetində tələbə olarkən debüt albomu Srained Ankle (2015) buraxdı. Albom müsbət rəylər aldı və 2015-ci ilin sonunda bir neçə siyahıda yer tutdu. Sonradan Beyker, Matador Records ilə müqavilə imzaladı və daha çox kritik uğur əldə etmək üçün 2017-ci ildə Turn Out the Lights adlı ikinci studiya albomunu dərc etdi. Onun üçüncü albomu, Little Oblivions (2021) daha dolğun səsi əhatə etdi və onun Billboard 200 hit-paradında ilk 40-da yer alan ən yaxşı albomu oldu.
Kolin Beyker
Kolin Beyker (ing. Colin Baker; 8 iyun 1943, London) — İngilis aktyoru. Ən çox 1984-ci və 1986-cı illər arasında «Doktor Kim» serialında altıncı Doktorun rolunda oynayan aktyor kimi tanınır.
Tom Beyker
Tomas Stüart «Tom» Beyker (ing. Thomas Stewart «Tom» Baker; 20 yanvar 1934, Liverpul) — İngilis aktyor. Ən çox 1974 və 1981-ci illər arasında «Doktor Kim» serialında dördüncü Doktorun rolunda oynayan aktyor kimi tanınır.
Çet Beyker
Çet Beyker (23 dekabr, 1929 - 13 may, 1988) — Amerikalı caz müğənni və truba çalanı. XX əsrin ən məşhur caz ustalarından biri. Baker Oklahomanın Yale şəhərində musiqiçi ailəsində anadan olmuş və böyümüşdür. Onun atası, Chesney Baker Sr., peşəkar gitarist, anası, Vera Moser isə pianist olmuşdur. Baker ilk musiqi təhsilinə Glendale orta məktəbində başlasa da, 16 yaşındaykən ABŞ ordusunda xidmət etməyə başlamışdır. 1948-ci ildə ordudan ayrıldıqdan sonra Los-Ancelesdə musiqi təhsilini davam etdirmişdir. Lakin, təhsilini ikinci ilində yarımçıq saxlayaraq yenidən orduya qayıtmış, yalnız 1951-ci ildən sonra öz musiqi karyerasına başlamışdır. 1952-ci ildə Gerry Mulliganın rəhbərliyi ilə yaradılmış musiqi qrupu ilə birgə çıxışlarında öz soloları ilə qısa bir zamanda məşhurlaşan Baker daha sonralar yeni caz qrupu yaradaraq 1953 - 1956-cı illər ərzində bir neçə albom çıxartdı və bununla da caz ustası kimi adını tanıtdı. 1956 və 1959-cu illərdə Avropaya qastrol səfərərinə çıxmışdır. Lakin, 60-cı ildə Avropada qastrol səfərində olarkən üzərində narkotik maddə ilə yaxalanaraq İtaliyanın Pisa şəhərində həbs olunur.
Troy Beyker
Troy Edvard Beyker (ing. Troy Edward Baker; 1 aprel 1976, Dallas) — ABŞ səs aktyoru. Bir sıra video oyunlarda əsas personajları səsləndirmişdir. O, "BioShock Infinite"də Buker Devitti, "Infamous: Second Son"da Delsin Rounu, "The Last of Us"da Coeli, "Batman: Arkham Origins"də Cokeri və daha başqa personajları səsləndirmişdir.
Ceyms Beyker
Ceyms Beyker (ing. James Addison Baker III 28 aprel 1930[…], Hyuston, Texas) — amerikalı siyasətçi, ABŞ-ın Maliyyə Naziri, Prezident Ronald Reyqanın administrasiyanın rəhbəri və 1989-1992-ci illərdə ABŞ Dövlət Katibi.
Beyker kistası
Beyker kistası və ya dizaltı kista (ing. Baker´s cyst) – diz oynağının arxa səthində sinovial cibdən və ya kapsulanın zəifliyi nəticəsində sinovial membranın qabarmasıdır. Dizaltı çuxurda minimal ağrı ilə gedən şişkinlik yaranır.
Florens Beyker
Florens Beyker (ing. Florence, Lady Baker), və ya Florika Mariya Sas, Barbara Sas, Mariya Freyn fon Zass, Barbara Mariya Sas (6 avqust 1841 – 11 mart 1916, Devon qraflığı) — macar əsilli ingilis kəşfiyyatçısı. O, Transilvaniyada (ozamankı Macarıstan krallığında) anadan olub. Onun valideynləri və qardaşı 8–9 yanvar 1849-cu ildə Naqyenyeddə əsasən macarlardan ibarət təxminən 1000 mülki vətəndaşı öldürən İohan Aksente Sever və Simion Prodanın başçılıq etdiyi rumın talançıları tərəfindən öldürüldükdən sonra, Florens yetim qalıb. Macarıstan ordusunun qalıqları ilə Osmanlı imperiyasına, Vidinə qaça bilib. Burada uşaq ikən yoxa çıxsa da, 1859-cu ildə onu xilas edən Samuel Beyker ilə qarşılaşıb. Beyker Şotlandiyadakı mülkündə Athol hersoqu ilə görüşdükdən sonra Maharaca Dalip Sinqx ilə dostluq etməyə başladı. Onlar 1858–1859-cu illərdə Frankfurt, Berlin, Vyana və Budapeşt, Mərkəzi Avropa və Balkanlara böyük ov səfərləri etdilər. Səfərlərinin son vaxlarında Beyker və Maharaca Budapeştdə taxta qayıq icarəyə götürərək tərk edilmiş, donmuş Dunaya da getdilər. İkili Vdindəki qul bazarına gedir.
Jozefina Beyker
Frida Jozefina Beyker (ing. Josephine Baker), qızlıq soyadı Makdonald (ing. McDonald) (3 iyun 1906[…], Sent-Luis, Missuri, ABŞ[…] – 12 aprel 1975[…], Paris, Fransa) — ABŞ-də doğulmuş Fransa rəqqasəsi, müğənnisi və aktrisası. Karyerası əsasən Avropada, xüsusilə də Fransada olub.
Barbarossa planı
Barbarossa əməliyyatı (alm. Unternehmen Barbarossa) — İkinci dünya müharibəsində Almaniyanın SSRİ-yə qarşı həyata keçirdiyi ildırımsürətli müharibə (alm. Blitzkrieg) planı. Əməliyyatın adı Müqəddəs Roma imperiyasının imperatoru I Fridrix Barbarossanın adından götürülmüşdür. Plan 1940-cı il iyulun 21-də general Fridrix Paulusun rəhbərliyi altında hazırlanmağa başlanmış və həmin il 18 dekabrda Vermaxtın ali baş komandanı Adolf Hitlerin 21 nömrəli direktivi ilə təsdiq edilmişdir. Plana görə 3 ay ərzində SSRİ-nin Avropa hissəsini tutmaq planlaşdırılırdı. Əməliyyat 1941-ci il 22 iyun tarixində 4,5 milyon nəfərlik alman ordusunun hücumu ilə 2 900 km-lik SSRİ sərhədi boyunca icra edilməyə başlamış, bu hadisə tarixə ən böyük hücum əməliyyatı kimi daxil olmuşdur. Əməliyyata həmçinin 60 000 texnika və 750 000 at cəlb olunmuşdu. == Barbarossa planı == Barbarossa planına uyğun olaraq 22 iyun 1941-ci ildə SSRİ-yə hucum üçün Almaniya və onun müttəfiqlərinin 190 diviziyası(o cümlədən 19 tank və 14 mühərrikli diviziya)cəmləşdirilmişdi. Onları dörd hava donanması, eləcə də Rumıniya və Finlandiya aviasiyası dəstəkləyirdi.
Daues planı
Daues planı — Alman məsələsində konstruktiv dialoqa dönüş Rur böhranının sona çatması və ABŞ iqtisadçısı general Çarls Dauesin rəhbərliyi ilə beynəlxalq komissiyanın yaradılması oldu. Komissiya təzminat məsələsində 2 ekspert komitəsi yaratmaq haqqında qərar qəbul etdi: Birinci komitə alman markasının sabitləşdirilməsi və büdcənin sağlamlaşdırılması ilə məşğul olmalı idi. İkinci komitə Almaniyadan xaricə çıxarılan kapitalı geri qaytarmaq üçün mümkün olan vasitələri araşdırmalı idi. Ekspertlər komitəsinin iclasları 1924-cü ilin yanvarın 14-dən aprelin 9-a qədər London şəhərində keçirildi. Birinci ekspertlər komitəsinin sədri Daues seçildi. Komitənin başlıca vəzifəsi təzminatla bağlı məsələyə dair tövsiyələr vermək idi. Müzakirələr nəticəsində belə bir qənaətə gəldilər ki, Almaniyanın təzminat ödəmək qabiliyyətinin bərpası üçün işğal edilmiş ərazilər iqtisadi və maliyyə cəhətdən yenidən ölkəyə birləşdirilməli və Almaniyaya beynəlxalq istiqrazlar verilməlidir. Burada təqdim olunan ekspertlərin məruzəsi "Daues planı" adlandırıldı. Bu plan 3 hissədən ibarət idi: 1. Ekspertlərin nəticələri və komitənin mövqeləri.
Gertruda planı
Gertruda, Gertrude və ya Gertrud, Nasist Almaniyasının Türkiyəni işğal etmək planlarında istifadə olunan kod adıdır və fikir 1942-ci ilin yayının əvvəllərində formalaşmağa başlamışdı. Bu kod adı sonradan dəyişdirildi. Qırmızı Ordunun Qafqazdakı hücum hərəkətləri və müttəfiqlərin Siciliyadakı əməliyyatları səbəbindən bu fikirdən imtina edildi. Şərq regionları nazirliyindən tapılan sənədlərə görə Nasist liderləri, gec-tez türkçülük və Azərbaycanın Türkiyə ilə birləşməsinin Almaniyaya təhlükə yaradacağını bilirdilər. “Böyük Turan” adı ilə Azərbaycan və Türkiyənin birləşməsi 1942 və 1943-cü illərdə nasist liderləri tərəfindən müəyyənləşdirildi. Birləşmiş Ermənistan ideyası türklərin Qafqazdakı istəklərinə qarşı tarazlaşdırıcı bir fikir ola bilərdi. Müstəqil Qafqaz Hərəkatı ermənilərin müstəqillik tələblərini qeyd etmişdi. Bəzi iddialara görə, bu Adolf Hitler tərəfindən bu ideya təklif edilmiş və təsdiq edilmişdir.
Madaqaskar planı
Madaqaskar planı — Üçüncü Reyx tərəfindən təklif edilən köçürmə planı. Plana əsasən Avropada yaşayan yəhudi toplumu Madaqaskar adasına yerləşdirilməli idi. == Arxa plan == Avropalı yəhudilərin Madaqaskar adasına köçürülməsi ilə bağlı fikirlər daha əvvəlcədən də mövcud olmuşdur. Fikir ilk dəfə 1885-ci ildə antisemitist düşüncələri ilə bilinən Paul de Laqarde tərəfindən təklif edilmişdir. 1920-ci ildə dönəmin aktiv siyasi və ictiami xadimlərindən olan Henri Hamilton, Arnold Le və digərləri Madaqaskar planı planını yenidən gündəmə gətirmişdir. Madaqaskar planından öncə XX əsrin əvvəllərində Avropada yaşayan yəhudi toplumuna Uqanda planı adlı layihə təklif edilir. Plana əsasən yəhudi əhalisi indiki Keniya ərazilərində yerləşən Mau platasına köçürülməli idi. Təklif Bazel şəhərində keçirilən VI Sionist yığıncağında müzakirə edildi və müzakirələr şiddətli fikir ayrılığına səbəb oldu. Madaqaskar dünya yəhudilərinin toplana biləcəyi və monoetnik dövlət quracağı ən potensiallı yer sayılırdı. Müharibə ərəfəsində bu ideyanı yenidən gündəmə gətirən nasist liderlər Adolf Hitlerin də razılığını ala bilmişdi.
Marşal planı
Marşal planı — Qərbi Avropaya xarici yardım göstərmək üçün 1948-ci ildə qəbul edilmiş Amerika təşəbbüsü. ABŞ İkinci Dünya müharibəsinin bitməsindən sonra Qərbi Avropa ölkələrinə iqtisadi bərpa proqramları çərçivəsində 13,3 milyard dollar (2023-cü ildə 173 milyard dollara bərabər) yardım edib. Morgentau planını əvəz edərək 3 aprel 1948-ci ildən başlayaraq dörd il fəaliyyət göstərdi. Lakin 1951-ci ildə Qarşılıqlı Təhlükəsizlik Aktı ilə əvəz olundu. ABŞ-nin məqsədləri müharibə zamanı dağılmış bölgələri bərpa etmək, ticarət maneələrini aradan qaldırmaq, sənayeni modernləşdirmək, Avropanın rifahını yaxşılaşdırmaq və kommunizmin yayılmasının qarşısını almaq idi. Marşal planı dövlətlərarası maneələrin azaldılmasını və Avropa qitəsinin iqtisadi inteqrasiyasını təklif edir, eyni zamanda məhsuldarlığın artırılmasını və müasir biznes prosedurlarının qəbulunu təşviq edirdi.
Mauntbetten planı
Mauntbetten planı — Böyük Britaniyanın mütəmləkəsi olan Hindistanın iki dominiona (Hindistan İttifaqı və Pakistan) bölünməsi planı. == Tarixi zərurət == Hindistanda müstəmləkə zülmünə qarşı mübarizə İkinci Dünya müharibəsindən sonra daha geniş vüsət aldı. Böyük Britaniya İkinci dünya müharibəsindən sonra nəinki böyük dövlət statusuna iddia edə bilirdi, hətta beynəlxalq siyasətdə ciddi rolu görünmürdü, nəhəng imperiya statusundan imtina edərək kiçik tərəfdaş rolunu oynayırdı. Hərbi-iqtisadi baxımdan Amerika Birləşmiş Ştatlarından asılı vəziyyətə düşən İngiltərə Hindistan da daxil olmaqla dünyanın müxtəlif bölgələrində öz iqtisadi maraqlarından Vaşinqtonun xeyrinə imtina etdi. İngiltərədə 1945-ci ilin iyulunda keçirilən parlament seçkilərində qalib gələn leyboristlər konservatorlardan fərqli olaraq "Hindistandan getməyin vacibliyi, qaçılmazlığı", "qalmaq üçün getmək" siaysətinin zəruriliyini daha aydın əkildə dərk edirdilər. Liberal tendensiya Hindistanın bütövlüyünü saxlamaq, ideya baxımdan leyboristlərə yaxın olan HMK-ya önəmli hakimiyyət funksiyaları ötürməyə üstünlük verirdi. İngilislərin əlində zəiflədilmiş mərkəzi hakimiyyətin qalması onları Hindistanın bütövlüyünün qarantına çevirirdi, eyni zamanda siyasi elitanın diqqətini, enerjisini yerli problemlərin həllinə yönəldirdi. Hindistanın regional, konfessional, adminstrativ-siyasi əsaslara görə parçalanması müstəmləkəçilərin əsas siyasi xətti idi. Leyborist hökumətinin lord Petik-Lourens missiyası Hindistanın vahidliyini təmin etmək, İngiltərə ilə sıx əlaqələrini təmin etməyə çalışırdı. Londonda 1946-cı il may ayının 16-da açıqlanan "bütövlük planı" Konstitusiya Assambleyasının fəaliyyətini nəzərdə tutur, məhz liberaların baxışlarını əks etdirirdi.
Uqanda planı
Uqanda planı — Şərqi Afrika Britaniyası torpaqlarının bir qismini yəhudilərə verilməsini özündə birləşdirən plan. Plana əsasən yəhudilərə öz dövlətlərini yaratmaqları üçün geniş ərazilər verilməli idi. Təklif ilk dəfə 1903-cü ildə Böyük Britaniyanın müstəmləkələrlə bağlı məsələləri ilə məşğul olan Yozef Çemberlin tərəfindən sioinst lider Teodor Hertsla edildi. Plan indiki Keniya ərazisində yerləşən Mau platasında 13.000 km² ərazinin yəhudilərə verilməsini təklif edirdi. Uqanda planı Rusiya imperiyası ərazisində yaşanmış yəhudi qətliamlarına cavab olaraq hazırlanmışdı və yəhudilərin planı qəbul edəcəyi gözlənilirdi. Təklif Bazel şəhərində keçirilən VI Sionist yığıncağında müzakirə edildi və müzakirələr şiddətli fikir ayrılığına səbəb oldu. Bir qrup təklifin qəbul ediləcəyi halda Fələstin ərazilərində yeni bir yəhudi dövlətinin yaradılmasının mümkün olmayacağını müdafiə edirdi. Yekunda 299 nəfərdən 177 nəfəri plana müsbət cavab verdilər. Növbəti il üç nəfərdən təşkil olunmuş qrup ərazinin öyrənilməsi üçün Keniyaya yola salındı. Ərazinin dəniz səviyyəsindən yüksəkdə yerləşməsi, ərazinin digər Afrika bölgələrinə nəzarən daha çox məhsuldar olması kimi səbəblər qrupda müsbət fikir yaratmışdı.
Yunq planı
Yunq planı — Birinci dünya müharibəsində məğlub olmuş Almaniya üçün təzminat planı.1929-cu ilin avqustunda yazılmış və rəsmi olaraq 1930-cu ildə qəbul edilmişdir. O, amerikalı sənayeçi Owen Yunqin rəhbərlik etdiyi komitə (1929-30) tərəfindən təqdim edilmişdir. Yunq, Amerika Radio Korporasiyasının (RCA) qurucusu və keçmiş sədri, o zaman Rokfeller Fondunun qəyyumlar şurasının üzvü idi. Müttəfiqlərarası Təzminatlar Komissiyası Almaniyanın təzminat məbləğini nəzəri olaraq cəmi 132 milyard, lakin praktiki olaraq cəmi 50 milyard təşkil etdi. 1924-cü ildə Dawes Planı istifadəyə verildikdən sonra məlum oldu ki, Almaniya qeyri-müəyyən müddət ərzində illik ödənişləri istəməyərək ödəməyəcək.Plan növbəti ödənişləri təxminən 20 faiz azaldıb.Baxmayaraq ki, nəzəri cəmi 112 milyard Qızıl Mark, ABŞ-yə bərabərdir. 1929-cu ildə 27 milyard dollar (2022-ci ildə 121 milyard ABŞ dolları) 58 il müddətində və 1988-ci ildə başa çatacaq, çox az adam planın on ildən çox davam edəcəyini gözləyirdi.Bundan əlavə, Gənc Plan iki milyard Qızıl Mark, 473 milyon ABŞ dolları məbləğində müəyyən edilmiş illik ödənişi iki komponentə böldü: şərtsiz bir hissə, məbləğin üçdə birinə bərabər və təxirə salına bilən hissə, qalan üçdə ikiyə bərabərdir. faiz cəlb edəcək və JP Morgan & Co tərəfindən koordinasiya edilən Amerika investisiya banklarının konsorsiumu tərəfindən maliyyələşdiriləcək. Müttəfiqlərin Reparasiya Komitəsi tərəfindən təyin edilmiş komitə 1929-cu ilin birinci yarısında toplandı və həmin il iyunun 7-də ilk hesabatını təqdim etdi. Yanqdan başqa, ABŞ-ni görkəmli bankir J. P. Morgan Jr və onun tərəfdaşı Tomas V. Lamont təmsil edirdi. Hesabat Böyük Britaniyanın böyük etirazları ilə qarşılaşdı, lakin Haaqada keçirilən birinci Konfransdan sonra plan avqustun 31-də yekunlaşdırıldı.
Şliffen planı
Şliffen planı — Almaniya imperiyası tərəfinən hazırlanmışdır. 1905-ci ildə "ildırımsürətli" müharibə planı hazırlandı.Bu Alfred fon Şliffen rəhbərliyi ilə Fransa və Rusiya ilə müharibəni nəzərdə tutan plan idi.Plana görə müharibə iki cəbhədə aparılmalı idi.
Maliyyə planı
Maliyyə planı — xarici şəraitdən və gələcək maliyyə axınlarının koordinasiyasından asılı olaraq mövcud maliyyə resursları ilə onların əldə edilməsinin reallığına uyğun olaraq məqsədlərin seçilməsi gəlir və xərclərin formalaşması planlarının hazırlanmasında və icrasına nəzarətdə ifadə edilir, pul ifadəsində ifadə olunan cari maliyyə vəziyyətini, onlara nail olmaq üçün məqsədləri və vasitələri nəzərə almaq. == Tərifi == Müəyyən dövr üçün icmal maliyyə planı büdcə adlanır. Təxminlər və ya biznes planları müəyyən layihələri həyata keçirmək üçün istifadə edilə bilər. Bazar iqtisadiyyatı şəraitində öz fəaliyyətinin maliyyə planlaşdırılması ayrı-ayrı şəxs, ailə, təşkilat, bütöv bir dövlət və ya onların birliyi tərəfindən həyata keçirilə bilər, müəssisələrdə isə maliyyə idarəçiliyinin tərkib hissəsidir. Mühasibat balansı, mənfəət və zərər haqqında hesabat və pul vəsaitlərinin hərəkəti haqqında hesabat maliyyə planlaşdırmasının formaları deyil, çünki onlar müəssisənin artıq həyata keçirilən fəaliyyəti haqqında ilkin sənədlərdən məlumatları əks etdirir. Strateji maliyyə planlaşdırmasının vəzifəsi uzun müddət üçün maliyyə fəaliyyətinin proqnozlaşdırıldığı məqsədlər, maliyyə imkanları və xarici şərtlər arasında balans yaratmaq və qorumaqdır. Planlı iqtisadiyyatda iri təsərrüfat subyektlərinin fəaliyyətinin maliyyə-təsərrüfat planlaşdırılması dövlət tərəfindən həyata keçirilir, maliyyə resursları dövlətin uzunmüddətli məqsəd və vəzifələrinə uyğun olaraq sahələr və sektorlar arasında bölüşdürülür. == Maliyyə planlaşdırma üsulları == Normativ. Əsas odur ki, əvvəlcədən müəyyən edilmiş normalardan istifadə edərək, şirkətə nə qədər resurs lazım olduğunu, eləcə də onların mənbələrini müəyyən etməkdir. Balanslı.
Morgentau planı
"Morgentau planı" (ing. Morgenthau Plan), "Almaniya tərəfindən 3-cü dünya müharibəsinin başlamasının qarşısını almaq üçün proqram" — ABŞ-ın Maliyyə Naziri Henri Morgentau tərəfindən təklif olunan Almaniyanın müharibədən sonrakı düzəni proqramı. Morgentau planı Almaniyanın parçalanmasını, mühüm sənaye sahələrinin beynəlxalq nəzarətə verilməsini, ağır sənayenin ləğvini, silahsızlaşdırılmanı və Almaniyanın aqrar ölkəyə çevrilməsini nəzərdə tuturdu. 1944-cü ilin sentyabrında Uinston Çörçill və Franklin Delano Ruzveltin daxil olduğu 2-ci Kvebek Konfransında təklif edildi. Konfransda Almaniyanın əsasən aqrar ölkəyə çevrilməli olduğu memorandum imzalanıb. Təfərrüatlar mətbuata məlum oldu və plan ABŞ və İngiltərədə ciddi şəkildə tənqid olundu. Göbbelsin təbliğat nazirliyi bundan istifadə edərək “yəhudi Morgentau”nun Almaniyanı nəhəng bir kartof sahəsinə çevirmək istədiyini bəyan etdi. “Völkischer Beobachter” qəzeti “Ruzvelt və Çörçil yəhudilərin qatil planı ilə razılaşdılar” başlığını dərc etdi. Müşahidəçilər qeyd edirdilər ki, bu tədbirlər nəticəsində alman əhalisinin həyat səviyyəsi kəskin şəkildə aşağı düşmüş və müharibədən sonrakı aclıq geniş vüsət almışdır. Sənayesizləşmə şəhərlərdə cəmləşmiş sənaye işçilərinin, zəncir boyu isə sənayeyə xidmət edən bank və idarəetmə işçilərinin işindən məhrum olmasına gətirib çıxardı, şəhər xidmətləri, tibb, təhsil və mədəniyyət sahələrini səmərəli tələbatdan məhrum etdi; yüksək məhsuldar kənd təsərrüfatı istehsalı isə bir tərəfdən sərbəst buraxılan əmək ehtiyatlarını tuta bilmirdi, digər tərəfdən isə istehsal olunan məhsulların ödəmə qabiliyyəti bazarını da itirirdi.
Filip Noel-Beyker
Filip Con Noel-Beyker, Baron Noel-Beyker (1 noyabr 1889[…], Hendon[d], Böyük London – 8 oktyabr 1982[…], Vestminster borosu, Böyük London) — İngilis siyasətçisi, diplomat, akademik, həvəskar atlet, kütləvi silahlanmanın tanınmış etirazçısı, pasifist. İngilis komanda bayrağını daşıyaraq 1920-ci ildə Antverpendə keçirilən Yay Olimpiya Oyunlarında 1500 metr məsafəyə tullanma üzrə gümüş medal, 1959-cu ildə isə Nobel Sülh mükafatını qazanıb. Noel-Beyker Olimpiya medalı və Nobel sülh mükafatı qazanan yeganə şəxsdir. 1929–1931 və 1936–1970-ci illər arasında Leyboristlər Partiyasından parlamentin üzvü olmuş, bir neçə nazirlikdə və kabinetdə xidmət etmişdir. 1977-ci ildə Lordlar palatasının üzvü olub. == Erkən həyatı və idman karyerası == Beyker,London, Brondesbero Parkda anadan olub, Kanada əsilli kvaker (İngiltərədə və ABŞ-də kilsə mərasimlərini inkar edən xristian dini təriqətin üzvü), Josef Allen Beyker və Şotlandiya əsilli Elizabet Balmer Moskripin yeddi övladından altıncısı idi. Atası öz biznesini qurmaq üçün 1876-cı ildə İngiltərəyə köçmüş və 1895–1906-cı illərdə London şəhər şurasının tərəqqi üzvü və 1905–1918-ci illərdə Şərqi Finsböridən Böyük Britaniya İcmalar palatasında liberal üzv kimi xidmət etmişdir. Beyker Ekwors məktəbində, Busım məktəbində, daha sonra ABŞ-də Pensilvaniyada kvakerlik ilə əlaqəli Haverford Kollecində təhsil almışdır. 1908–1912-ci illərdə Kembric Kral Kollecində təhsil almışdı. Mükəmməl tələbə olmaqla yanaşı, tarix və iqtisadiyyat sahəsindəki uğurlar əldə edərək,1912-ci ildə Kembric Tələbələr İttifaqının prezidenti və 1910–1912-ci illərdə Kembric Universiteti Atletika klubunun prezidenti oldu.
Frensis Noel-Beyker
Frensis Eduard Noel-Beyker (Tam adı: ing. Francis Edward Noel-Baker; 7 yanvar 1920, London – 25 sentyabr 2009[…]) — Böyük Britaniya siyasətçisi, Leyboristlər Partiyasının üzvü. Atası Filip Noel-Beyker Leyboristlər Partiyasından olan deputat və həmçinin Nobel sülh mükafatı laureatıdır. == Həyatı == Londonda anadan olan Noel-Beyker Vestminster Məktəbi və Kembric Kral Kollecində təhsil almış və İkinci Dünya müharibəsində Böyük Britaniya Kəşfiyyat Korpusunda xidmət etmişdir. İlk olaraq 1945-ci il parlament seçkiləri zamanı Brentford və Çizik dairəsindən leyboristlərin nümayəndəsi kimi İcmalar palatasına seçilmişdir. O, parlamentə seçilən, Leyboristlər Partiyasının ən gənc üzvü idi. 1950-ci il parlament seçkilərində postunu itirən Frensis 1955-ci ildə Svindon dairəsindən seçilərək yenidən parlamentə qayıdır. 1969-cu ilin martında deputatlıqdan istefa verir. Britaniyanın Avropa İqtisadi Birliyinə üzvlüyünü dəstəkləməməsinə cavab olaraq 1971-ci ildə Leyboristlər Partiyasını tərk edir. Sonralar Sosial Demokrat Partiyası, daha sonra isə Mühafizəkarlar Partiyasının üzvü olur.